Pentaqon ABŞ ordusunun azaldılmasını təklif etdi
ABŞ Müdafiə Nazirliyi Amerika ordusunu əhəmiyyətli dərəcədə ixtisar etmək imkanını nəzərdən keçirir.
TodayPress xəbər verir ki, bu barədə "CNN" Pentaqonun hazırladığı sənədlərə istinadən məlumat yayıb.
Nəşr bildirib ki, nəzərdən keçirilən planlara döyüş hissələrinin birləşdirilməsi, birgə qüvvələrin inkişafı, təlimi və öyrədilməsi üçün məsul qurumun ləğvi və ABŞ qoşunlarının Yaponiyada mövcudluğunun genişləndirilməməsi daxildir.
Təklif olunan tədbirlər prezident Donald Tramp administrasiyasının federal hökumətin kiçildilməsi ilə bağlı ümumi siyasətinə uyğundur.
Onların əsas dəstəkçisi isə İlon Mask və onun Hökumət Effektivliyi Departamenti (DOGE) hesab edilə bilər.
Hazırda ABŞ Müdafiə Nazirliyinin illik büdcəsi 800 milyard dollardan çoxdur.
Töhfə Səməd
tag: ABŞ,Pentaqon,Trump,Ordu,Todaypress.az,