Pentaqon cənub sərhədinə əlavə əsgərlər göndərəcək

Dünya

03.03.2025 12:20

1646

ABŞ Müdafiə Nazirliyi Meksika ilə cənub sərhədinə təxminən 3000 əsgər göndərir.   

TodayPress xəbər verir ki, bu barədə "The Washington Post" ABŞ müdafiə rəsmilərinə istinadən məlumat yayıb. 

Bildirilib ki, ABŞ-nin müdafiə naziri Pit Heqset əmrləri təsdiqləyib.

Qüvvələr, o cümlədən "Stryker" briqadasının döyüş komandasının elementləri və ümumi dəstək aviasiya batalyonu yaxın həftələrdə təxminən 2000 millik sərhədə çatacaq. 

Pentaqon bildirib ki, yeni qoşunlar sərhədi bağlamaq və Birləşmiş Ştatların ərazi bütövlüyünü qorumaq üçün mövcud sərhəd təhlükəsizliyi əməliyyatlarını gücləndirəcək və genişləndirəcək. 

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp sərhəd təhlükəsizliyini əsas prioritet hesab edib.

O, qeyri-qanuni mühacirlərin ölkəyə daxil olmasını hərtərəfli cilovlamaq üçün vəzifəyə başladığı ilk gündə ABŞ-nin Meksika ilə sərhədində milli fövqəladə vəziyyət elan edib.   

Töhfə Səməd

tag: ABŞ,Ordu,Stryker,Meksika,Todaypress.az,