Pentaqon husilərə qarşı əməliyyatları hansı şərtlə dayandıra biləcəyini açıqladı
"Husilər hücumlarını dayandırsalar, ABŞ onlara qarşı əməliyyatı
dayandırmağa hazırdır."
TodayPress xəbər
verir ki, bunu ABŞ müdafiə nazirinin ictimai əlaqələr üzrə köməkçisi Şon
Parnell deyib.
"Husilər
bunun nə vaxt bitəcəyini müəyyən edə bilər, lakin o vaxta qədər kampaniya güzəştsiz
olacaq. Biz vətənimizin təhlükəsizliyini təmin edənə və oradakı gəmi yollarını
açana, o bölgədə manevr etmək üçün yerimiz olduğundan əmin olana qədər ABŞ əməliyyatı
davam edəcək" Parnell bildirib.
Qeyd edək
ki, martın 15-də ABŞ Silahlı Qüvvələri prezident Donald Trampın göstərişi ilə Yəməndə
husilərin nəzarəti altında olan ərazilərə kütləvi zərbələr endirməyə başlayıb.
tag: Panteqon, Rusiya, ABŞ, Tramp,Husi,Hücum, todaypress.az,