Pentaqon minlərlə işçini ixtisar edəcək
ABŞ Müdafiə nazirinin şəxsi heyət və hazırlıq üzrə müavini vəzifəsini icra edən Darin Selnik 5400 işçini işdən çıxaracağını və işə qəbulu donduracağını deyib.
TodayPress xəbər verir ki, bu barədə “CBS News” məlumat yayıb.
Bildirilib ki, ixtisarlar Pentaqonun işçi qüvvəsini 5-8 faiz azaldacaq. Bu tədbir nəticəsində səmərəlilik artacaq,
Pentaqonu hökumətin prioritetlərinə istiqamətləndirəcək və ordunun hazırlığını bərpa edəcək.
Nicat Osman
tag: Pentaqon, Tramp ,ABŞ, Katib ,todaypress.az,