Pentaqon Müdafiə Strategiyasının hazırlanmasına başladı
ABŞ müdafiə naziri Pit Heqset prezident Donald Trampın “Əvvəlcə Amerika” və “Güc yolu ilə sülh” prinsiplərini rəhbər tutan yeni Milli Müdafiə Strategiyasının (NDS) hazırlanmasına start verib.
TodayPress xəbər verir ki, bu barədə Pentaqonun yaydığı açıqlamada bildirilib.
Yeni strategiyanın hazırlanmasına nazirin siyasi məsələlər üzrə müavini Elbric Kolbi rəhbərlik edəcək.
Pentaqon vurğulayıb ki, NDS ABŞ Müdafiə Nazirliyi üçün strateji yol xəritəsi rolunu oynayacaq və Trampın prioritetlərinin həyata keçirilməsi üçün aydın istiqamət verəcək.
Sənəddə ABŞ ərazisinin, o cümlədən hava məkanı və sərhədlərinin müdafiəsi birinci yerə qoyulacaq, eyni zamanda Çinlə rəqabət və onu Cənub-Şərqi Asiya regionunda cilovlamaq əsas hədəflərdən biri olacaq.
Qiymət Mahir
tag: ABŞ,Pentaqon,MÜdafə Strategiyası,Tramp,todaypress.az,