Pentaqon rəhbəri araşdırılacaq
Pentaqon rəhbəri Pit Heqsetin "Signal" messencerində ABŞ hökumətinin gizli söhbətləri sızdıqdan sonra araşdırılacağı açıqlanıb.
TodayPress xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) məlumat yayıb.
"Bu qiymətləndirmənin məqsədi müdafiə naziri və Nazirliyin digər əməkdaşlarının siyasət və prosedurlara nə dərəcədə əməl etdiyini müəyyən etməkdir" baş müfəttiş açıqlamasında bildirib.
Yoxlamanın keçirilməsi təşəbbüsü Missisipidən olan respublikaçı senator və ABŞ Senatının Silahlı Qüvvələr Komitəsinin sədri Cek Rid tərəfindən irəli sürülüb.
Töhfə Səməd
tag: ABŞ,Pit Heqset,Pentaqon,Araşdırma,Todaypress.az,