Pentaqon üzr istədi

Dünya

09.04.2025 10:32

15

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) koronavirusa qarşı peyvənd olunmaqdan imtina etdiyinə görə tərxis edilən hərbçilərdən üzr istəyib və onlara təzminat təklif edib. 

TodayPress xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.   

Bildirilib ki, onlara həmçinin vəzifəyə qayıtmaq barədə göstərişlər olan məktublar göndərilib. 

Məlumata görə, 8700-dən çox adam məcburi peyvəndlər səbəbindən ordunu tərk etmək məcburiyyətində qalıb.

Agentlik qeyd edir ki, onlardan bəziləri əvvəllər işdən çıxarılmaları ilə bağlı məhkəməyə müraciət etməyə çalışsalar da, buna nail ola bilməyiblər. 

Türkan İsgəndərli

tag: ABŞ,Pentaqon,Ordu,Üzr,Todaypress.az,