Pentaqon Yəmənə zərbələr barədə məlumatların sızmasına cavab verdi
ABŞ prezidenti Donald Trampın administrasiyasında heç kim “müharibə planları olan mətn mesajları göndərməyib”.
TodayPress “The Hill” qəzetinə istinadn xəbər verir ki, bunu Pentaqon rəhbəri Pit Heqset ABŞ-nin Yəməndə husilərə qarşı hərbi planının müzakirə edildiyi barədə məlumat sızması ilə bağlı xəbərləri şərh edərkən bildirib.
“Heç kim müharibə planları ilə bağlı mesaj göndərmədi və bu barədə deyə biləcəyim tək şey budur” deyə o bildirib.
Bir gün əvvəl nəşrin redaktoru Cefri Qoldberq bildirib ki, ABŞ administrasiyasının yüksək rütbəli rəsmiləri onu səhvən Yəməndə husilərin mövqelərinə zərbələr endirilməsinin müzakirə edildiyi gizli hökumət söhbətinə əlavə ediblər.
Heqset, həmçinin Qoldberqi "dəfələrlə saxtakarlıq yaymağı öz peşəsinə çevirən yalançı və nüfuzdan düşmüş qondarma jurnalist" adlandırıb.
Tezliklə, yuxarıda qeyd olunan söhbətdə "maraqlı siyasi müzakirə" baş verdi. Yazışmalarda Müdafiə Naziri, Dövlət Katibi, Milli Təhlükəsizlik Müşaviri, Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru və ABŞ-nin digər rəsmilərinin adı hallanıb.
Hadisə Konqresin tənqidinə səbəb olub və rəsmi araşdırma obyektinə çevrilib.
Ağ Ev mesajların həqiqiliyini təsdiqləyib, lakin milli təhlükəsizliyə heç bir təhlükə olmadığını bildirib.
tag: Pentaqon,Pit Heqset,Məlumat,Sızma,Münasibət,Todaypress.az,