Pentaqonda dəyişiklik

Dünya

19.04.2025 09:50

16

ABŞ Müdafiə Nazirliyinin baş qərargah rəisi Co Kasper yaxın günlərdə vəzifəsini tərk edəcək.   

TodayPress xəbər verir ki, bu barədə "Politico" məlumat yayıb. 

Bildirilib ki, Kasper Pentaqonda yeni vəzifəyə keçəcək.

Daha əvvəl Pentaqon rəhbərliyi azı üç yüksək vəzifəli şəxsi vəzifələrindən müvəqqəti uzaqlaşdırıb.

Bu addım sahibkar İlon Maskın Pentaqona səfəri və Ukrayna ilə bağlı məxfi məlumatların sızması üzrə araşdırmaya görə atılıb. 

Vəzifəsindən uzaqlaşdırılan şəxslər arasında müdafiə nazirinin müavininin aparat rəhbəri Kolin Kerroll, nazirin müşaviri Den Kolduell və aparat rəhbərinin müavini Darin Selnik də var. 

Türkan İsgəndərli

tag: Pentaqon,Co Kasper,Vəzifə,Təyinat,Todaypress.az,