Peruda ticarət mərkəzinin damı çökdü, ölənlər var

Dünya

23.02.2025 12:45

2584

Peruda bir alış-veriş mərkəzinin tavanının çökməsi nəticəsində görə 8 nəfər həyatını itirib, 80 nəfər isə yaralanıb.

TodayPress xəbər verir ki, Peru Daxili İşlər Nazirliyi, ölkənin üçüncü böyük şəhəri olan Truxillodaki alış-veriş mərkəzinin tavanının çökməsi hadisəsi barədə açıqlama verib.

Bildirilib ki, hadisədə 3-ü uşaq olmaqla 8 nəfər həyatını itirib, 80 nəfər yaralanıb.

“Dağıntılar altında qalan bütün şəxslərin xilas edilməsi üçün başda yanğınsöndürənlər olmaqla bütün axtarış-xilasetmə qrupları səfərbər edilib. Bu faciəvi hadisənin səbəblərini müəyyən etmək üçün araşdırma başlayıb” deyə bildirilib.

Fövqəladə Hallar Əməliyyat Mərkəzinin (COER) açıqlamasında, tavanın bir hissəsinin hələ də yerində olduğu, lakin çökmə riskinin davam etdiyi bildirilib.

Tavanın, uşaq əyləncə parkı və kinoteatrların da yerləşdiyi restoranın üzərinə düşdüyü üçün ölü sayının artacağı gözlənilir.

tag: Peru,Alış-veriş mərkəzi,Tavan,DİN,Truxillo,COER,todaypress.az,