Peskov: “ABŞ-Rusiya danışıqlarına kimlərin qoşulacağı hələ bəlli deyil”
Kremlin mətbuat katibi Dmitri Peskov ABŞ və Rusiya arasında danışıqlara hansı ölkələrin qoşulacağı barədə məlumat verməkdən imtina edib.
TodayPress xəbər verir ki, bu barədə o, “TASS”a açıqlamasında bildirib.
“Bu mövzu ilə bağlı dediklərimə əlavə edəcəyim heç nə yoxdur” deyə Peskov Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilən ABŞ-Rusiya danışıqları ilə bağlı sualı cavablandırarkən qeyd edib.
Xatırladaq ki, daha əvvəl Rusiya nümayəndə heyətinin üzvü, senator Qriqori Karasin Ər-Riyadda keçirilən görüşlərin davam etdiriləcəyini və danışıqlara BMT ilə yanaşı bir sıra digər ölkələrin də qoşulacağını bildirmişdi.
Qiymət Mahir
tag: Rusiya,Ukrayna,ABŞ,Görüş,Peskov,Todaypress.az,