Peskov: “Atəşkəsin məqsədi Ukraynanı yoxlamaqdır”
Rusiya prezidentinin sözçüsü Dmitri Peskov bildirib ki, 80 illik Qələbə bayramı münasibətilə təklif edilən atəşkəsin əsas məqsədi Ukraynanın sabit sülhə doğru addım atmağa nə dərəcədə hazır olduğunu müəyyənləşdirməkdir.
TodayPress xəbər verir ki, bu barədə Peskov brifinqdə danışıb.
O qeyd edib ki, Moskva Kiyevdən qəti və konkret sülh təşəbbüsləri gözləyir:
“Əsas olan sözlər yox, atılan addımlardır. Təəssüf ki, Ukraynanın cavab verməyə hazır olmaması onu göstərir ki, bu günkü hakimiyyətin ideoloji əsasını neofaşizm təşkil edir və Qələbə Günü onlar üçün bayram sayılmır”.
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin aprelin 28-də Qələbənin 80 illiyi münasibətilə 7 may saat 00:00-dan 11 may saat 00:00-a qədər tam atəşkəs rejimi elan edib.
Ukrayna prezidenti Volodimir Zelenski isə bu təklifə cavab olaraq dərhal və qeyd-şərtsiz 30 günlük atəşkəs çağırışı ilə çıxış edib.
Qiymət Mahir
tag: Peskov,Rusiya,Atəşkəs,Ukrayna,Zelenksi,Putin,todaypress.az,