Peskov: “Avropa sülh istəmir”

Dünya

28.03.2025 17:55

2564

Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı sanksiyaları ləğv etmək istəməməsi o deməkdir ki, bu ölkələr sülhə nail olmaq niyyətində deyil. 

TodayPress xəbər verir ki, bu fikri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.

O, bu sözləri Qara dəniz taxıl təşəbbüsünün bərpasına Aİ-nin mövqeyinin təsir edib-etməyəcəyi ilə bağlı sualı cavablandırarkən deyib.

“Qara dəniz təşəbbüsünün ayrılmaz hissəsi kənd təsərrüfatı məhsulları üzrə hesablamaları həyata keçirən Rusiya bank qurumuna tətbiq edilən sanksiyaların aradan qaldırılmasıdır. Əgər Avropa ölkələri bu yolu tutmursa, bu o deməkdir ki, onlar nə sülh istəyir, nə də Moskva və Vaşinqtonun sülhə aparan səylərinə dəstək vermək niyyətindədir” deyə Kremlin sözçüsü vurğulayıb.

Peskov xatırladıb ki, taxıl təşəbbüsünün əsas prinsipləri yeni deyil və ilk sazişdə, BMT-nin təminatçılığı ilə imzalanan razılaşmada öz əksini tapıb.

Onun sözlərinə görə, Rusiya ilə bağlı öhdəliklər istisna olmaqla, bütün tərəflər saziş çərçivəsində öhdəliklərini yerinə yetirib.

“Rusiya tərəfinin şərtləri hamıya yaxşı məlumdur. O vaxtdan bəri yeni heç nə baş verməyib” deyə Peskov əlavə edib.

Qiymət Mahir

tag: Peskov,Rusiya,Avropa,Ukrayna,Münaqişə,Sülh,Todaypress.az,