Peskov: "Bizim Ermənistanla çox ortaq cəhətlərimiz var"
“Rusiya Ermənistanla münasibətləri daha da inkişaf etdirməyi hədəfləyir”.
TodayPress xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiya ilə əlaqələrin bərpası ilə bağlı göstəriş verməsi haqqında məlumatı şərh edərkən deyib.
O qeyd edib ki, Rusiya ilə Ermənistan arasında münasibətlər kəsilməyib. Hətta Kreml nümayəndəsi Ermənistanı “dost ölkə” adlandırıb.
“Bizim ikitərəfli, tarixi və mədəni baxımdan çox ortaq cəhətlərimiz var. Biz ikitərəfli münasibətlərimizin perspektivlərindən çox razıyıq və onları hər cür inkişaf etdirməyə hazırıq” deyə Kreml sözçüsü bildirib.
Aysel Mətləb
tag: todaypress.az,Rusiya , Ermənistan,Dmitri Peskov ,Nikol Paşinyan,