Peskov Əraqçinin səfərini təsdiqlədi
Kremlin sözçüsü Dmitri Peskov İranın xarici işlər naziri Abbas Əraqçinin bu həftə Moskvaya səfər edəcəyini təsdiqləyib.
TodayPress xəbər verir ki, bu barədə o, jurnalistlərə açıqlama verib.
Peskov bildirib ki, Əraqçinin Rusiya prezidenti Vladimir Putinlə görüşü nəzərdə tutulsa, ictimaiyyətə əlavə məlumat veriləcək:
“Əgər belə bir görüş baş tutarsa, sizi mütləq məlumatlandıracağıq”. O əlavə edib ki, iranlı nazirin Moskvada olacağı artıq dəqiqdir.
Qiymət Mahir
tag: Peskov,Rusiya,İran,Əraqçi,Todaypress.az,