Peskov: "Kreml ABŞ ilə dialoqun zəruriliyində razıdır"

Dünya

07.03.2025 16:36

1830

“Rusiya və ABŞ arasında silahlara nəzarət və strateji sabitlik üzrə dialoq lazımdır”.   

TodayPress xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib.   

"Əlbəttə, bu, gündəmdə olan bir mövzudur. Biz hesab edirik ki, Rusiya ilə ABŞ arasında silahlara nəzarət üzrə dialoq, xüsusən də strateji sabitlik baxımından zəruridir. Bu, həm 2 ölkənin maraqları, həm də beynəlxalq təhlükəsizlik baxımından lazımdır" deyə o, ABŞ prezidenti Donald Trampın Rusiyanın nüvə silahını tərk etməsinə dair bəyanatını şərh edərkən deyib.   

Peskov qeyd edib ki, bu günə qədər heç bir konkret danışıqlar olmayıb və bu cür təmasların nə vaxt və harada başlaya biləcəyi ilə bağlı hələ heç bir anlayış yoxdur.   

Aysel Mətləb

tag: Dimitri Peskov,Tramp,Putin,Rusiya,ABŞ,Todaypress.az,