Peskov: "Makron Putinlə dialoqa başlamaq üçün addım atmayıb"
Fransa Prezidenti Emmanuel Makronun Rusiya lideri Vladimir Putinlə əlaqə qurmaq üçün hələ heç bir konkret addım atmadığı bildirilir.
TodayPress xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlama verib.
O, Makronun Putinlə dialoqu bərpa etmək ehtimalı barədə son açıqlamalarını şərh edərək, hələlik bütün bunların yalnız söz səviyyəsində qaldığını vurğulayıb. Kreml rəsmisi bildirib ki, Fransa lideri indiyə qədər Putinlə birbaşa təmas qurmaq üçün heç bir real təşəbbüs göstərməyib.
Qiymət Mahir
tag: Fransa,Rusiya,Emmanuel Makron,Vladimir Putin,todaypress.az,