Peskov: “Myanma hələ yardım istəməyib”
“Myanmadan indiyədək rəsmi yardım müraciəti daxil olmayıb”.
TodayPress xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinq zamanı bildirib.
Peskovun sözlərinə görə, zəlzələ yeni baş verib və yerli hakimiyyətin ziyanın miqyasını müəyyən etməsi üçün zamana ehtiyacı var:
“Əgər müraciət daxil olarsa, Rusiya tərəfi onu bütün zəruri diqqət və operativliklə nəzərdən keçirəcək”.
Qeyd edək ki, martın 28-də Myanmada bir neçə güclü zəlzələ baş verib. Yeraltı təkanların maqnitudası 7,7-yə çatıb.
Zəlzələnin afterşokları Tailand, Çin və Vyetnamda da hiss olunub.
Myanmada bir sıra binalar zədələnib, çoxlu sayda insan xəstəxanaya yerləşdirilib. İravadi çayı üzərindəki körpü uçub,
Mandalaydakı tarixi saray isə qismən dağılıb.
Ölkədə fövqəladə vəziyyət elan olunub.
Qiymət Mahir
tag: Peskov,Rusiya,Myanma,Zəlzələ,Yardım,Todaypress.az,