Peskov növbəti Putin-Tramp görüşü haqqında danışdı

Dünya

02.04.2025 15:15

2076

"Rusiya və ABŞ prezidentləri Vladimir Putin ilə Donald Trampın mümkün görüşünün tarixi və vaxtı ilə bağlı hələ də dəqiq razılaşma yoxdur. Moskva və Vaşinqton arasında müxtəlif səviyyələrdə əlaqələr davam edir". 

TodayPress xəbər verir ki, Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bunu "TASS"a bildirib.

"Hələ ki, Putin və Trampın görüşünün mümkün tarixi və vaxtı ilə bağlı aydın anlaşma yoxdur. Bu barədə sizə konkret məlumat verə bilmərəm. Biz amerikalılarla müxtəlif səviyyələrdə və müxtəlif kanallar vasitəsilə əlaqələri davam etdiririk" deyə Kremlin nümayəndəsi əlavə edib.   

Töhfə Səməd

tag: Peskov,Rusiya,Putin,Tramp,Todaypress.az,