Peskov: “Pasxa atəşkəsi bu gecə başa çatır”

Dünya

20.04.2025 20:15

12

“Rusiyada elan edilmiş Pasxa atəşkəsi bu gecə yarısından etibarən başa çatır”.

TodayPress “TASS”a istinadən xəbər verir ki, Kremlin mətbuat katibi Dmitri Peskov atəşkəsin uzadılması ilə bağlı yeni göstərişin olmadığını açıqlayıb.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin şənbə günü atəşkəs elan etmişdi. O, 19 aprel saat 18:00-dan 21 aprel saat 00:00-a qədər – ümumilikdə 30 saatlıq müddət ərzində Ukraynada keçirilən “xüsusi hərbi əməliyyat” zonasında bütün döyüş hərəkətlərini qadağan etmişdi.

Peskovun sözlərinə görə, başqa heç bir göstəriş verilməyib.

Qiymət Mahir

tag: Rusiya,Ukrayna,Pasxa,Peskov,todaypress.az,