Peskov: "Putin Uitkoffla ilk növbədə Ukrayna məsələsini müzakirə etdi"
Rusiya Prezidenti Vladimir Putin ilə ABŞ liderinin xüsusi nümayəndəsi Stiven Uitkoff arasında əsas müzakirə mövzusu Ukrayna ətrafındakı vəziyyətdir.
TodayPress "TASS"a istinadən xəbər verir ki, bu barədə Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlama verib.
“Bəli, Uitkoffla söhbət məhz Ukraynadakı nizamlanma məsələsinə aiddir” deyə o, jurnalistin sualını cavablandırarkən bildirib.
tag: Rusiya,Peskov, Putin, Ukrayna, ABŞ,todaypress.az,