Peskov: "Putin və Tramp arasında danışıq planlaşdırılmır"
“Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidenti Donald Tramp arasında yaxın zamanda hər hansı danışıq planlaşdırılmır”.
TodayPress xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov “TASS”a açıqlamasında bildirib.
“Hazırda dövlət başçıları səviyyəsində danışıqlar gündəmdə deyil” deyə o qeyd edib.
Bununla belə, o əlavə edib ki, zərurət yarandığı təqdirdə belə bir görüş və ya danışıq çox sürətli və operativ şəkildə baş təşkil oluna bilər.
Qiymət Mahir
tag: ABŞ,Rusiya,Peskov,Danışıqlar,Todaypress.az,