Peskov: "Putin və Tramp razılığa gəldilər"

Dünya

21.03.2025 15:20

2227

Rusiya prezidenti Vladimir Putin və amerikalı həmkarı Donald Tramp indiyədək yalnız enerji infrastrukturu obyektlərinə hücumları dayandırmaq barədə razılığa gəliblər”. 

TodayPress “TASS”a istinadən xəbər verir ki, bunu Rusiya liderinin mətbuat katibi Dmitri Peskov deyib.

“Vladimir Putin enerji infrastrukturu obyektlərinə zərbələrin dayandırılması barədə göstəriş verib” deyə Kremlin sözçüsü bildirib.

Həmçinin Peskov xatırladıb ki, razılıq 30 gün müddətinə əldə edilib və onun digər obyektlərə də şamil edilməsi barədə hələlik müzakirə aparılmır.

Aysel Mətləb

tag: Vladimir Putin,Donald Tramp,Rusiya,ABŞ,todaypress.az,