Peskov: “Putin və Trampın görüşü mütləq baş tutacaq”

Dünya

13.04.2025 16:00

17

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Tramp arasında birbaşa görüşün mütləq baş tutacağını açıqlayıb. Onun sözlərinə görə, bu, hər iki liderin siyasi iradəsinin ifadəsidir, lakin belə görüş ciddi hazırlıq tələb edir.

TodayPress xəbər verir ki, Peskov bu fikirləri “VGTRK” telekanalının aparıcısı Pavel Zarubinlə söhbətində səsləndirib.

“Bu görüş baş tutacaq. Hər iki prezident – həm Vladimir Putin, həm də Donald Tramp bu barədə istəklərini dəfələrlə, o cümlədən açıq şəkildə ifadə ediblər. Amma bu görüş yalnız uyğun vaxtda və lazımi hazırlıqla həyata keçirilə bilər” deyə Kremlin sözçüsü bildirib.

Qiymət Mahir

tag: Rusiya,Peskov,Putin,ABŞ,todaypress.az,