Peskov: “Putin və Uitkoffun görüşü vacib addımdır”

Dünya

13.04.2025 13:00

15

“Rusiya prezidenti Vladimir Putinlə ABŞ-nin xüsusi nümayəndəsi Stiv Uitkoff arasında gözlənilən görüş iki ölkə liderlərinin mümkün danışıqları öncəsi mühüm mərhələ olacaq”.

TodayPress xəbər verir ki, bu barədə Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov açıqlama verib. 

Onun sözlərinə görə, bu görüş liderlər səviyyəsində baş tutacaq görüşə aparan əlavə bir addım kimi qiymətləndirilir:

“Hər halda, bu, şübhəsiz ki, həmin görüşə doğru əlavə addım olacaq” deyə Peskov bildirib.

Kreml sözçüsü qeyd edib ki, Rusiya prezidenti Vladimir Putin artıq bir neçə dəfə belə görüşə siyasi iradəsinin olduğunu həm qapalı, həm də açıq şəkildə bəyan edib. Hazırda bu danışıqlara hazırlıq işləri davam etdirilir.

Qiymət Mahir

tag: Rusiya,Putin,ABŞ,Uitkoff,todaypress.az,