Peskov: "Rusiya atəşkəsi uzada bilməz"
Ukrayna prezidenti Volodimir Zelenskinin atəşkəs rejiminin 30 gün uzadılması təklifinə texniki detalları müəyyən etmədən razılaşmaq mümkün deyil.
TodayPress xəbər verir ki, bu barədə Rusiya prezidentinin sözçüsü Dmitri Peskov bildirib.
O qeyd edib ki, Rusiya lideri Vladimir Putinin elan etdiyi üç günlük atəşkəs Qələbə Gününün 80-ci ildönümünü qeyd etmək üçün nəzərdə tutulub və daha uzunmüddətli barışıq üçün əlavə razılaşmalar lazımdır.
Zelenski isə Rusiyanın təklif etdiyi atəşkəsi kifayət hesab etməyib və ən azı 30 gün ərzində tam və qeyd-şərtsiz atəşkəsə çağırıb.
Türkan İsgəndərli
tag: Rusiya,Ukrayna,Atəşkəs,Peskov,todaypress.az,