Peskov: Rusiya və ABŞ münasibətləri canlandırmaq yolundadır

Dünya

18.03.2025 03:00

2582

Rusiya və ABŞ ikitərəfli münasibətləri canlandırmaq yolundadır.

TodayPress xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Biz ikitərəfli münasibətlərimizi canlandırmaq, müxtəlif səviyyələrdə müxtəlif dialoq rejimlərini bərpa etmək yolundayıq. Bu, digər fəaliyyətlər üçün zəmin olan çox mühüm addımdır” o deyib.

tag: Peskov, Rusiya, ABŞ, Putin, todaypress.az,