Peskov: Rusiya və ABŞ münasibətlərin bərpasının ilkin mərhələsindədir

Dünya

10.03.2025 16:48

829

“Rusiya və ABŞ arasında ikitərəfli münasibətlərin qurulması yolu kifayət qədər uzun və çətin olacaq”.   

TodayPress xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. 

“Biz ikitərəfli münasibətlərimizin bərpası yolunun ilkin mərhələsindəyik. Qarşıdakı yol kifayət qədər uzun və çətindir. Lakin ən azı 2 prezident bu istiqamətdə siyasi iradə ifadə edib" deyə Peskov əlavə edib.   

Kremlin sözçüsü qeyd edib ki, Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında cəmi bir telefon danışığı olub.

Bu əlaqə  dialoqda olmaq və problemləri həll etmək üçün kifayət qədər konstruktiv olub.   

Aysel Mətləb

tag: Rusiya,Peskov,Tramp, Ukrayna, ABŞ, Sülh, Münaqişə, todaypress.az,