Peskov Trampın Rusiyaya olan münasibətindən danışdı
"Moskva xatırlayır ki, Amerika lideri Donald Tramp ilk prezidentlik dövründə anti-Rusiya sanksiyaları tətbiq etmiş, həmçinin Ukraynaya silah tədarükünə icazə vermişdi".
TodayPress "RİA"ya istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, Moskva Ağ Ev rəhbərinin Ukraynada sülh yaratmaq istəyi ilə bağlı bəyanatlarını nəzərdən keçirir və onun niyyətini alqışlayır.
Qeyd edək ki, bundan əvvəl ABŞ lideri bəyan edib ki, o, sanksiyalar tətbiq edib, Ukraynanı “Javelin” tank əleyhinə raket sistemləri ilə təmin etməklə Rusiyaya "kədərdən" başqa bir şey gətirməyib.
Bununla da Tramp, Moskvaya “yaxınlığı” ilə bağlı yayılan xəbərləri təkzib edib.
Töhfə Səməd
tag: ABŞ,Dmitri Peskov, Putin, Kremlin, todaypress.az,