Peskov: “Ukrayna ilə bağlı ciddi müzakirələr aparılmayıb”

Dünya

03.02.2025 14:30

1732

“Hazırda Ukrayna məsələsi üzrə danışıq variantları ilə bağlı ciddi müzakirələr aparılmayıb”.   

TodayPress xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. 

O, jurnalistlərlə söhbətində vəziyyətin gərgin olaraq qaldığını və tərəflərin hələ də dialoqa yaxınlaşmadığını vurğulayıb. 

Bundan əvvəl Dmitri Peskov bildirib ki, ABŞ prezidenti Donald Tramp çoxdan Rusiya lideri Vladimir Putinlə dialoq istəyindən danışır. Lakin hazırda dövlət başçıları arasında dialoq yoxdur. 

Qiymət Mahir

tag: Ukrayna,Rusiya,ABŞ,Danışıqlar,Dialoq,