Peskov: "Ukrayna ilə danışıqlara hazırıq"
Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff ilə görüşü zamanı Rusiyanın Ukrayna ilə heç bir ilkin şərt olmadan danışıqlara başlamağa hazır olduğunu təsdiqləyib.
TodayPress xəbər verir ki, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
“Dünən Trampın xüsusi nümayəndəsi Uitkoff ilə keçirilən görüş zamanı Vladimir Putin bir daha bəyan etdi ki, Rusiya tərəfi Ukrayna ilə danışıqlar prosesini bərpa etməyə heç bir ilkin şərt olmadan hazırdır” deyə o qeyd edib.
tag: Peskov,Putin,Rusiya,Ukrayna,Todaypress.az,