Peskov: “Vahid ordunun yaradılması planları diqqətlə izlənməlidir”

Dünya

18.02.2025 20:00

2887

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Avropa İttifaqında vahid ordu yaradılması ilə bağlı mümkün planların diqqətlə izlənilməli olduğunu bildirib.

TodayPress xəbər verir ki, Peskovun sözlərini Rusiya KİV yayıb.

“Gələcək planları diqqətlə izləməli, öyrənməli və nəticələr çıxarmalıyıq” deyə vurğulayıb.

O, həmçinin Avropa İttifaqının indiyə qədər heç bir müdafiə layihəsini birgə həyata keçirmədiyini ifadə edib. 

“Hazırda ordunun yaradılacağına dair məlumatlı deyilik. Ordunun hansı əsaslar üzərində qurulacağını və başqa məsələləri hələ bilmirik”  deyə Peskov əlavə edib.

Qiymət Mahir

tag: Rusiya,Dmitri Peskov,Aİ,Ordu,todaypress.az,