Petr Pavel: “Ukrayna ədalətli sülh sazişi əldə etməlidir”
Çex Respublikasının Prezidenti Petr Pavel Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı Ukraynanın ədalətli sülh sazişi əldə etməli olduğunu bildirib. O, həmçinin Ukrayna üçün “Marşall Planı”nın yaxşı bir fikir ola biləcəyini vurğulayıb.
TodayPress xəbər verir ki, bu barədə “RBC” məlumat yayıb.
“Artıq Ukraynaya hərbi dəstək veririk. İndi isə müharibədən sonrakı bərpa prosesini düşünməyə başlamalıyıq. Ukrayna üçün “Marşall Planı” əla ideya olardı” deyə Pavel qeyd edib.
Çex Respublikasının lideri Ukraynanın gələcəkdə NATO və Aİ-yə üzv qəbul edilə biləcəyini istisna etməyib. O vurğulayıb ki, Kiyevin müttəfiqləri yalnız sülh razılaşmasının bağlanması barədə deyil, həm də Ukraynanın müharibədən sonra bərpası ilə bağlı düşünməlidirlər. Pavelin fikrincə, təkcə hərbi maliyyələşdirmə Kiyev üçün kifayət deyil.
Qiymət Mahir
tag: Petr Pavel,Çex Respublikası,Ukrayna,Dünya,todaypress.az,