Pezeşkian ABŞ ilə danışıqlara münasibət bildirdi
"İran və ABŞ arasında danışıqlar vasitəçilərlə aparılacaq".
TodayPress xəbər verir ki, bu barədə İslam Respublikasının prezidenti Məsud Pezeşkian deyib.
Onun sözlərinə görə, İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ nümayəndələri ilə danışıqlarda İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin göstərişlərini təqdim edəcək.
Qeyd edək ki, ABŞ və İran arasında görüş oktyabrın 18-də Omanda baş tutacaq.
Türkan İsgəndərli
tag: ABŞ,İran,Pezeşkian,Danışıqlar,Todaypress.az,