Pezeşkian: "ABŞ İranla danışıqlara getdiyini sübut etməlidir"
"ABŞ İranla nüvə proqramı ilə bağlı danışıqlara hazır olduğunu sübut etməlidir".
TodayPress xəbər verir ki, bunu İran prezidenti Məsud Pezeşkian deyib.
"Biz bütün dünya ilə danışıqlar aparırıq. Heç kimlə mübahisə etmirik və alçaldılmağa dözmürük. Biz müharibə, iğtişaş və nüvə bombası axtarmırıq. Dünyanı başqa necə sakitləşdirə bilərik? Biz bunu axtarırıq" deyə o bildirib.
Töhfə Səməd
tag: İran,Pezeşkian,ABŞ,Nüvə,Todaypress.az,