Pezeşkian Azərbaycana gələcək
İran
prezidenti Məsud Pezeşkian Azərbaycana səfər edəcək.
TodayPress xəbər verir ki, bu barədə "Tasnim" agentliyi bu gün
Azərbaycan Prezidenti İlham Əliyevlə iranlı həmkarı Məsud Pezeşkianın telefon
danışığına əsasən məlumat yayıb.
Qeyd edilib
ki, Pezeşkian telefon danışığı zamanı qarşıdak səfərindən danışaraq deyib:
“Ümid edirəm ki, səfər zamanı ikitərəfli münasibətlərin, eləcə də iki qonşu
ölkə arasında dostluq və qardaşlığın inkişafı və möhkəmləndirilməsi məqsədi ilə
səmərəli və uğurlu məsləhətləşmələr aparacağıq”.
tag: İran, Pezeşkian, Səfər, Azərbaycan, Prezident, todaypress.az,