Pezeşkian: "İran və Azərbaycan bir-birinə çox kömək edə bilər"

Dünya

27.04.2025 21:45

15

"Biz qonşu olaraq bir-birimizə çox kömək edə bilərik".

TodayPress xəbər verir ki, bunu İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian AzTV-yə müsahibəsində ölkəsi ilə Azərbaycan arasındakı əlaqələrdən danışarkən deyib.

Dövlət başçısı qeyd edib ki, ölkələr arasında əməkdaşlıq imkanları mövcuddur: 

“İki qonşu və qardaş bir-biri ilə nə etməlidir? Ölkələrimiz arasında sağlam əlaqələrin yaradılması üçün əl-ələ verib əməkdaşlıq edə bilərik. Universitetlərimiz arasında əlaqələr yarada, görüşlərdə ticarət əlaqələrini müzakirə edə bilərik. Bu tay, o tay bir birmizlə qohumuq. Gediş-gəlişlər töhfə verir. Ona görə də bir-birimizin gediş-gəlişimiz üçün yolları açmalıyıq. Bir-birimizə kömək edə, hər iki ölkənin xalqına sakit, yaxşı həyat yarada bilərik” deyə İran Prezidenti vurğulayıb.

(Report)

tag: İran,Azərbaycan,Məsud Pezeşkian,Qonşu,todaypress.az,