Pezeşkian: “Milli birlik və regional əməkdaşlıq sanksiyalara qarşı güclü silahdır”

Dünya

02.03.2025 17:30

1832

İran Prezidenti Məsud Pezeşkian ölkənin iqtisadi çağırışlarla mübarizə aparmaq və sanksiyaları neytrallaşdırmaq üçün milli birliyi möhkəmləndirməyin, qonşu dövlətlərlə əməkdaşlığı artırmağın və beynəlxalq razılaşmalardan istifadə etməyin vacibliyini vurğulayıb.

TodayPress xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.

Pezeşkianın sözlərinə görə, İranın region ölkələri ilə ticarət və əməkdaşlığı, eləcə də Avrasiya İqtisadi İttifaqı (Aİİ), BRİKS və Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) kimi təşkilatlarla inteqrasiyası ABŞ sanksiyalarını təsirsiz hala gətirəcək.

“Bu çağırışlara güclü, ləyaqətli və şərəfli şəkildə qarşı duracağıq”  deyə o bildirib.

Prezident həmçinin ölkənin iqtisadi problemlərinin və enerji balanssızlığının həllində parlament üzvlərini və vətəndaşları hökumətinə dəstək verməyə çağırıb:

“Əgər birləşsək, istehsalçılar, sənayeçilər, menecerlər və ölkəmizin istedadlı insanları ilə birlikdə problemləri həll etmək üçün lazımi şəraiti yarada bilərik”  deyə Pezeşkian əlavə edib.

Qiymət Mahir

tag: İran,Məsud Pezeşkian,BRİKS,ŞƏT,todaypress.az,