Pezeşkian: “Nüvə obyektlərimizə zərbə vursanız, yenilərini tikəcəyik”

Dünya

13.02.2025 18:50

1417

İran Prezidenti Məsud Pezeşkian bəyan edib ki, əgər hansısa rəqib ölkənin nüvə obyektlərinə zərbə endirsə, bu, İranın yenilərini tikməsinə mane olmayacaq. 

TodayPress xəbər verir k, bu barədə “Mehr” məlumat yayıb.

“Bizim nüvə infrastrukturumuza zərbə endirmək hədəsi ilə çıxış edirlər. Vurun, bu obyektləri bizim ən yaxşı mütəxəssislərimiz tikib. Əgər siz yüz obyektimizi məhv etsəniz, biz min yeni obyekt inşa edəcəyik” deyə Pezeşkian bildirib.

Prezident əlavə edib ki, təslim olmayacaq və problemləri xalqın dəstəyi ilə həll edəcəklər.

Qiymət Mahir

tag: İran ,Məsud Pezeşkian,Nüvə,Dünya,todaypress.az,