Pezeşkian Putini İrana çağırdı
İran prezidenti Məsud Pezeşkian rusiyalı həmkarı Vladimir Putini ölkəyə səfərə dəvət edib.
TodayPress xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi Rusiyanın xarici işlər naziri Sergey Lavrovla keçirdiyi mətbuat konfransında bildirib.
İran Xarici İşlər Nazirliyinin rəhbəri bu səfərin 2025-ci il ərzində baş tutacağına ümid etdiyini bildirib.
O, həmçinin əlavə edib ki, İran tərəfi səfərin tarixlərinin müəyyənləşdirilməsini gözləyir.
Türkan İsgəndərli
tag: Pezeşkian,Putin,İran,Dəvət,Todaypress.az,