Pezeşkian yeni müavin təyin etdi

Dünya

14.04.2025 13:33

11

İran prezidenti Məsud Pezeşkian Möhsün İsmailini strateji və parlament məsələləri üzrə vitse-prezident təyin edib. 

TodayPress xəbər verir ki, bu barədə "İSNA" məlumat yayıb. 

O, prezidentin parlament işləri üzrə müşaviri Şəhram Dabirini və strateji məsələlər üzrə vitse-prezident Məhəmməd Cavad Zərifi əvəzləyib. 

Qeyd edək ki, 1965-ci ildə Tehranda anadan olan Möhsün İsmaili hüquqşünas, professor və Tehran Universitetinin Hüquq və siyasi elmlər fakültəsinin professorudur.   

Türkan İsgəndərli

tag: İran,Pezeşkian,Müavin,Təyinat,Todaypress.az,