Pezeşkian:"İran ABŞ ilə bərabərhüquqlu dialoqun tərəfdarıdır"
“İran mübahisəli məsələlərdə ABŞ ilə bərabərhüquqlu
dialoqun tərəfdarıdır”
TodayPress xəbər verir ki,
bunu İran Prezidenti Məsud Pezeşkian deyib.
O bildirib ki, ölkəsinin xarici siyasəti konstruktiv
qarşılıqlı fəaliyyətə və bərabərhüquqlu dialoqa əsaslanır.
"ABŞ bir tərəfdən İranı təhdid edir, digər
tərəfdən isə danışıqlar aparmaq istəyir. Danışıqlar istəyirsənsə, təhdid
etməyin nə mənası var? Bu gün ABŞ təkcə İrana deyil, bütün dünyaya təzyiq edir,
bu cür davranış danışıqlar çağırışına ziddir" Pezeşkian vurğulayıb.
tag: İran, ABŞ,Pezeşkian, Bərabərhüquqlu, Tramp, Tərafdaş, todaypress.az,