Piramidaların altında yeraltı şəhərin olması yalandı

Dünya

01.04.2025 20:20

2742

Misirli arxeoloq Zahi Havas piramidaların altında yeraltı şəhərin olması ilə bağlı iddiaları təkzib edib.   

TodayPress xəbər verir ki, bu barədə "Al Masry Al Youm" qəzeti məlumat yayıb. 

Arxeoloq yeraltı şəhər haqqında şayiə yayanların macəraçılar olduğunu bildirib.

O vurğulayıb ki, peyk görüntülərindən istifadə etmək və bu cür bəyanatlar vermək ağılsızlıqdır. 

Havasın sözlərinə görə, Kaliforniyadakı Stenford Universitetinin alimləri piramidalarda araşdırma aparıb və altında heç bir sütun tapmayıblar. 

"İtalyan macəraçıları Misirdə elmi araşdırma aparmayıblar. Xüsusilə də Giza piramidaları ərazisində görünməyiblər.

Onların yeganə etdikləri miflər yaymaqdır" o yekunlaşdırıb. 

Qeyd edək ki, Giza piramidalarının dünyaca məşhur arxeoloji kompleksi Nil çayının qərb sahilində eyniadlı yaylada yerləşir.

Onun 4500 ildən çox yaşı var. 

Türkan İsgəndərli

tag: Misir,Piramida,Yeraltı ,Şəhər,Todaypress.az,