Pitbul "uşaqların qurbanı" oldu
Hindistanda pitbul cinsli it üçmetrlik kral kobrasının hücumundan uşaqları qoruyaraq həyatını itirib.
TodayPress xəbər verir ki, bu barədə “Deccan Herald” nəşri məlumat yayıb.
Hadisə martın 18-də Karnataka ştatında baş verib. Kattaya kənd sakini Şamantanın Doberman və Bhima adlı pitbul cinsli iki iti olub.
Günorta saatlarında itlər həyətin yaxınlığında uşaqların oynadığı əraziyə yaxınlaşan və ağac altında gizlənən təhlükəli ilanı görüblər.
Şamant kobraya toxunmamaları üçün itlərə səslənsə də, onlar ilanın üzərinə atılıblar.
Bhima kobranı parçalayaraq öldürsə də, döyüş zamanı ilan onu üzündən sancıb.
Nəticədə Bhima bir qədər sonra tələf olub.
Kənd sakinləri bildirib ki, itlərin ayıq-sayıqlığı uşaqlar və yaxınlıqdakı işçilərin həyatını xilas edib.
Bhimanın əvvəllər keçirilən it sərgilərində dəfələrlə qalib gəldiyi məlum olub.
Xatırladaq ki, bir müddət əvvəl də Hindistanda alman ovçarkası sahibini pələng hücumundan qoruyarkən həyatını itirmişdi.
Qiymət Mahir
tag: Hindistan,Pitbull,Kobra,Uşaq,Müdafiə,Ölüm,Todaypress.az,