PKK silahları buraxmağa hazırlaşır: Qərar partiya qurultayında veriləcək
PKK lideri Abdullah Öcalanın çağırışından sonra gözlər Qəndilə çevrilib. Qəndil rəhbərliyi isə Öcalanın çağırışına əməl edəcəklərini bəyan edib.
TodayPress xəbər verir ki, bu barədə “Hüriyyət” məlumat verib.
Təşkilatın nümayəndələri bildiriblər ki, tərksilah olmaq üçün Adullah Öcalanın istədiyi formada partiya qurultayını keçirməyə hazırdırlar. Türkiyənin tanınmış siyasətçilərindən Sırrı Süreyya Önder prossesi ilkin mərhələnin uğurla tamamlanması kimi dəyərləndirib və bunun ümumi mərhələnin yarıdan çoxunu təşkil etdiyini açıqlayıb.
“Köynəyin ilk düyməsi düzgün bağlandı” deyə o qeyd edib.
Bildirilib ki, Qəndil rəhbərliyinin açıqlamasında qurultayın birbaşa Abdullah Öcalan tərəfindən idarə olunması tələb edilir. Ekspertlərin sözlərinə görə, Qəndil hər zaman ən yüksək tələblə çıxış etsə də, bu ideyanın praktiki cəhətdən həyata keçirilməsinin çətin olduğunu ən yaxşı bilən şəxslərdən biri də elə Öcalanın özüdür. Bunun əvəzinə fərqli alternativlər müzakirə edilə bilər.
Qeyd edək ki, əsas məsələ kimi, PKK-nın rəsmi qurultay keçirməsi, tərksilah olması və özünü buraxması kimi göstərilib.
Qiymət Mahir
tag: PKK,Türkiyə,Terror,Təslim,Todaypress.az,