PKK terrorçularının hücumu nəticəsində türkiyəli hərbçi öldü
Türkiyə Silahlı Qüvvələrinin “Pençe-Kaplan” antiterror əməliyyat bölgəsində PKK terror qruplaşmasının hücumu nəticəsində bir hərbçi ölüb.
TodayPress Türkiyə KİV-ə istinadən xəbər verir ki, məlumatı Türkiyənin Müdafiə Nazirliyi yayıb.
Qeyd olunub ki, əməliyyat bölgəsində terrorçuların hərbçilərə hücumu nəticəsində yaralanan əsgər xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
tag: Türkiyə,Müdafiə,Əsgər,Ölüm,Hadisə,Todaypress.az,