"PlayStation 5" bahalaşdı

Dünya

14.04.2025 13:03

13

Yaponiyanın "Sony" korporasiyası "PlayStation 5" konsolunun qiymətini qaldırıb.   

TodayPress xəbər verir ki, bu barədə "PlayStation" bloqunda məlumat verilib. 

"Sony"nin hazırkı oyun konsolunun qiymətləri Avropa və bir sıra Asiya bazarlarında, həmçinin Böyük Britaniyada artıb.

Belə ki, Avropada "PlayStation 5 Digital Edition" qiyməti 50 avro artaraq 500 avroya çatıb.

Böyük Britaniyada qiymətlər şərti vahid artaraq 430 funt sterlinqə yüksəlib. 

Disk sürücüsü ilə "PS5" versiyasının qiyməti isə dəyişməyib. 

Avstraliya və Yeni Zelandiyada konsolun bütün versiyaları müvafiq olaraq maksimum 150 AUD və 210 NZD bahalaşıb. "PlayStation 5 Pro" konsolunun qiymətləri isə dəyişməz qalıb. 

Hesabatda həmçinin bildirilib ki, şirkət "PS5" və "PS5 Pro" üçün çıxarıla bilən disk sürücüsünün qiymətlərini dondurmaq qərarına gəlib ki, bu da bir sıra bazarlarda qiymətlərin aşağı düşməsinə səbəb olacaq.

Avropada aksesuarın qiyməti 80 avro, Böyük Britaniyada 70 funt sterlinq, Avstraliyada 125 Avstraliya dolları, Yeni Zelandiyada 140 Yeni Zelandiya dollarıdır. 

"Sony"nin qlobal marketinq üzrə vitse-prezidenti İzabel Tomatis bildirib ki, yüksək inflyasiya və dəyişən valyuta məzənnələri də daxil olmaqla çətin iqtisadi vəziyyətə görə konsol qiymətlərinə düzəlişlər edilməlidir. Tomatis bildirib ki, korporasiya “çətin qərar” qəbul edib.

Töhfə Səməd

tag: Playstation,Konsol,Sony,Bahalaşma,Todaypress.az,