Poçt xidməti ABŞ-də 10 min işçini ixtisar edəcək
ABŞ-nin poçt xidməti 10 min işçinin ixtisar ediləcəyini açıqlayıb.
TodayPress xəbər verir ki, bu barədə “Associated Press” ABŞ-nin baş poçt rəisi Luis Dejoyun Konqres üzvlərinə göndərdiyi məktuba istinadən məlumat yayıb.
Bildirilib ki, ixtisarlar gələcək 30 gün ərzində könüllü erkən təqaüd proqramı çərçivəsində həyata keçiriləcək.
Bu, ilk kütləvi ixtisar deyil. 2021-ci ildə poçt xidməti 30 min işçini azaldıb. Hazırda ümumi işçi sayı təxminən 640 min nəfərdir.
Bundan əlavə, poçt xidməti ABŞ hökumətinin Effektivlik Departamenti (DOGE) ilə əməkdaşlıq edəcək. Bu qurum xidmətin xərclərini optimallaşdırmaq, problemləri müəyyən etmək və fəaliyyətin səmərəliliyini artırmaq üçün poçt xidmətinə dəstək verəcək.
Qiymət Mahir
tag: ABŞ,Poçt,Xidmət,İxtisar,Todaypress.az,