Politico: ABŞ Ukrayna üçün bir sıra istisnalar hazırlayır

Dünya

26.02.2025 15:34

2928

ABŞ Dövlət Departamenti Ukraynaya yardımı genişləndirməyi planlaşdırır, baxmayaraq ki, digər ölkələr üçün xarici yardım dondurulub. 

TodayPress xəbər verir ki, bu barədə “Politico” öz mənbələrinə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, Dövlət Departamenti Ukrayna üçün bir sıra istisnalar hazırlayır. Bu, Kiyevə iqtisadi və təhlükəsizlik sahəsində dəstək almaq imkanı yaradacaq.

Mənbələr bildirir ki, əgər bu tədbirlər təsdiqlənsə, Dövlət Departamenti daha əvvəl dövlət katibi Marko Rubio tərəfindən verilmiş icazələri genişləndirə bilər. Söhbət mina təmizlənməsi və narkotik qaçaqmalçılığına qarşı mübarizədə yardımdan gedir.

Mövzunun Dövlət Departamentində müzakirəyə çıxarılması ABŞ Prezidenti Donald Trampın komandasında fikir ayrılıqlarının olduğunu göstərir. Administrasiya daxilində Ukraynaya yardım məsələsində vahid mövqe yoxdur.

Bundan əvvəl, Tramp açıq şəkildə bildirmişdi ki, gələcəkdə Kiyevi aktiv şəkildə dəstəkləmək niyyətində deyil. O, hesab edir ki, Ukraynaya əsas dəstəyi Avropa ölkələri verməlidir.

Qiymət Mahir

tag: ABŞ,Dövlət Departamenti,Ukrayna,Kiyev,Donald Tramp,todaypress.az,