Politico: Aİ danışıqlar masasında olmadığına görə narahatdır

Dünya

11.03.2025 13:23

2470

Avropa İttifaqı (Aİ) Ukrayna ilə bağlı danışıqlar masasında olmamasından məyus olub ki, bu da onun “geosiyasi güc” kimi meydana çıxmasını şübhə altına alıb.   

TodayPress xəbər verir ki, bu barədə Hudson İnstitutunun baş elmi işçiləri Piter Raf və Abram Şulski "Politico" üçün məqalələrində yazıblar. 

Ekspertlər qeyd ediblər ki, Aİ siyasi gücün "ya beynəlxalq sistemin masasında, ya da daha böyük oyunçuların menyusunda" ola biləcəyini başa düşüb.

Məqalə müəlliflərinin fikrincə, Avropa əhalisi, texnoloji inkişaf, iqtisadiyyat və güc baxımından geosiyasi güc statusuna iddia edə bilər. Eyni zamanda, ittifaqın “əhəmiyyətli maneələrlə üzləşən” siyasi struktur yaratmaq perspektivləri yoxdur. 

Raf və Şulski bildirib ki, nə NATO, nə də Aİ hazırda özünü “Avropanın özünümüdafiə və güc proyeksiyası alətinə” çevirmək iqtidarında deyil. Bu baxımdan, Avropanın dünya səhnəsində ABŞ ilə müqayisə oluna biləcək əsas və nüfuzlu oyunçuya çevrilməsi ehtimalı azdır. Üstəlik, Aİ "federativ sistem deyil, milli dövlətlərin mozaikasıdır”. 

Töhfə Səməd

tag: Avropa İttifaqı,Ukrayna,Münaqişə,Danışıqlar,Todaypress.az,